Türkiyədə son sutkada koronavirusdan 7 498 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 82 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 27 903 nəfərə çatıb.


Onun sözlərinə görə, ölkədə 7 419 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 624 019 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 7 498 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 511 548 nəfər təşkil edir.