Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 51 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 49 524 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 5 266 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 404 144 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 7 402 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 269 294 nəfər təşkil edir.