Türkiyədə son sutkada koronavirusdan 7 372 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 112 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 47 768 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 7 181 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 263 697 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 7 372 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 131 453 nəfər təşkil edir.

Teqlər: