Türkiyədə son sutkada koronavirusdan 7 215 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 93 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 27 377 nəfərə çatıb.


Onun sözlərinə görə, ölkədə 7 706 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 579 896 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 8 108 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 468 419 nəfər təşkil edir.