Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 45 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 49 732 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 5 496 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 425 652 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 7 191 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 294 285 nəfər təşkil edir.