Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 90 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 27 652 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 7 906 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 602 034 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 7 189 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 489 624 nəfər təşkil edir.