Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 343 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 37 672 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 49 438 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 4 550 820 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 60 176 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 3 970 111 nəfər təşkil edir.