Türkiyədə son sutkada koronavirusdan 6 895 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 96 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 48 524 nəfərə çatıb.


Bildirilib ki, ölkədə 6 408 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 313 098 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 6 895 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 186 728 nəfər təşkil edir.

Teqlər: