Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 69 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 48 593 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 6 261 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 319 359 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 6 217 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 192 945 nəfər təşkil edir.