Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 73 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 28 358 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 9 572 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 674 766 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 6 210 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 546 503 nəfər təşkil edir.