Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 289 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 35 320 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 63 082 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 4 150 039 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 56 510 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 3 591 550 nəfər təşkil edir.