Türkiyədə son sutkada koronavirusdan 55 413 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 279 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 34 734 nəfərə çatıb.


Bildirilib ki, ölkədə 62 797 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 4 025 557 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 55 413 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 3 480 146 nəfər təşkil edir.