Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 339 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 38 011 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 40 596 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 4 591 416 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 52 297 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 4 022 408 nəfər təşkil edir.