Türkiyədə son sutkada koronavirusdan 52 213 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 362 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 36 975 nəfərə çatıb.


Bildirilib ki, ölkədə 61 967 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 4 446 591 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 52 213 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 3 844 342 nəfər təşkil edir.