Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 273 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 34 455 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 59 187 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 3 962 760 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 52 104 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 3 424 733 nəfər təşkil edir.