Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 69 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi bildirib.
Nazirlikdən bildirilib ki, koronavirusdan ölənlərin ümumi sayı 28 638 nəfərə çatıb.
Məlumata əsasən, ölkədə 9 891 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 711 479 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 5 947 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 578 181 nəfər təşkil edir.