Türkiyədə son sutkada koronavirusdan 5 752 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 69 nəfər vəfat edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 256 460 nəfər test edilib, 22 083 yeni yoluxma halı qeydə alınıb.


Qeyd edilib ki, ötən gün koronavirusdan 5 752 nəfər sağalıb.