Türkiyədə son sutkada koronavirusdan 5 546 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 75 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 28 213 nəfərə çatıb.


Onun sözlərinə görə, ölkədə 9 107 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 655 633 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 5 546 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 534 996 nəfər təşkil edir.