Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 60 nəfər vəfat edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 261 198 nəfər test edilib, 22 161 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 5 463 nəfər sağalıb.