Türkiyədə son sutkada koronavirusdan 5 327 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 58 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 49 634 nəfərə çatıb.


Bildirilib ki, ölkədə 5 283 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 414 310 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 5 327 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 280 558 nəfər təşkil edir.