Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 57 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 49 293 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 6 143 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 381 736 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 5 214 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 242 945 nəfər təşkil edir.