Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 46 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyası ilə əlaqədar 234 439 nəfər test edilib, 6 285 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 5 162 nəfər sağalıb.