Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 77 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi bildirib.
Nazirlik bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 28 060 nəfərə çatıb.
Məlumata əsasən, ölkədə 6 546 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 638 422 nəfərə çatıb.
Ötən gün koronavirusdan 5 002 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 523 760 nəfər təşkil edir.