Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 341 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 39 398 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 40 444 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 4 751 026 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 45 198 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 4 212 461 nəfər təşkil edir.