Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 45 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 49 874 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 4 537 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 440 368 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 4 913 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 310 769 nəfər təşkil edir.