Türkiyədə son sutkada koronavirusdan 4 195 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 51 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 49 122 nəfərə çatıb.


Bildirilib ki, ölkədə 5 480 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 365 208 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 4 195 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 228 419 nəfər təşkil edir.

Teqlər: