Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 50 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyası ilə əlaqədar 226 513 nəfər test edilib, 7 667 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 4 152 nəfər sağalıb.