Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 62 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 49 012 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 5 904 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 354 153 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 4 143 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 219 797 nəfər təşkil edir.