Türkiyədə son sutkada koronavirusdan 32 269 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 228 nəfər vəfat edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 355 564 nəfər test edilib, 29 802 yeni yoluxma halı qeydə alınıb. Virusun törətdiyi fəsadlardan ölənlərin sayı 65 137-yə yüksəlib.

Qeyd edilib ki, ötən gün koronavirusdan 32 269 nəfər sağalıb.

Teqlər: