Türkiyədə son sutkada koronavirusdan 30 824 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 232 nəfər vəfat edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 351 152 nəfər test edilib, 27 663 yeni yoluxma halı qeydə alınıb.


Qeyd edilib ki, ötən gün koronavirusdan 30 824 nəfər sağalıb.