Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 239 nəfər vəfat edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 356 661 nəfər test edilib, 28 892 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 30 336 nəfər sağalıb.