Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 236 nəfər vəfat edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 361 164 nəfər test edilib, 31 248 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 30 331 nəfər sağalıb