Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 259 nəfər vəfat edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 314 046 nəfər test edilib, 22 923 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 30 144 nəfər sağalıb.