Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 208 nəfər vəfat edib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 365 412 nəfər test edilib, 28 170 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 29 353 nəfər sağalıb.