Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 271 nəfər vəfat edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 301 164 nəfər test edilib, 20 962 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 29 327 nəfər sağalıb.