Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 231 nəfər vəfat edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 346 435 nəfər test edilib, 27 688 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 27 949 nəfər sağalıb.