Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 229 nəfər vəfat edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 354 580 nəfər test edilib, 25 528 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 27 651 nəfər sağalıb.