Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 223 nəfər vəfat edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 360 849 nəfər test edilib, 30 862 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 27 352 nəfər sağalıb.