Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 214 nəfər vəfat edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 351 165 nəfər test edilib, 29 240 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 26 539 nəfər sağalıb.