Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 212 nəfər vəfat edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 357 167 nəfər test edilib, 28 537 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 25 611 nəfər sağalıb.