Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 215 nəfər vəfat edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 350 933 nəfər test edilib, 23 852 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 25 258 nəfər sağalıb.