Türkiyədə son sutkada koronavirusdan 23 214 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 186 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 32 078 nəfərə çatıb.


Bildirilib ki, ölkədə 44 756 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 3 445 052 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 23 214 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 3 082 676 nəfər təşkil edir.