Türkiyədə son sutkada koronavirusdan 22 674 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 185 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 32 263 nəfərə çatıb.


Bildirilib ki, ölkədə 41 998 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 3 487 050 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 22 674 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 3 105 350 nəfər təşkil edir.

Teqlər: