Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 278 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 43 589 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 14 497 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 059 453 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 22 253 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 4 766 124 nəfər təşkil edir.