Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 176 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 31 713 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 40 806 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 3 357 988 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 20 817 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 3 035 043 nəfər təşkil edir.