Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 95 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 29 959 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 21 061 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 992 694 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 18 815 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 807 572 nəfər təşkil edir.