Türkiyədə son sutkada koronavirusdan 17 761 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 146 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 30 462 nəfərə çatıb.


Bildirilib ki, ölkədə 29 762 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 3 091 282 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 17 761 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 881 643 nəfər təşkil edir.