Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 102 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 30 061 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 20 428 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 3 013 122 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 17 615 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 825 187 nəfər təşkil edir.