Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 290 nəfər vəfat edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 302 869 nəfər test edilib, 23 946 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 15 164 nəfər sağalıb.