Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 175 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 46 621 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 9 375 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 203 385 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 11 192 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 045 508 nəfər təşkil edir.